Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Eldar Mahmudov azadlığım üçün 50 min dollar istədi"
Elçin Nadirov - ldar Mahmudov

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Elçin Nadirov, demək olar ki, 15 ildən sonra virtualaz.org vasitəsi ilə həbs olunmasının təşəbbüskarının adını çəkməyə və bunun nə ilə bağlı olduğunu izah etməyə qərar verib.

Sovet illərində respublika komsomol komitəsində işləmiş E. Nadirov peşəkar hüquqşünasdır.

E.Nadirov iddia edir ki, Bakının indiki meri Eldar Əzizov, hazırda vergilər nazirinin müavini vəzifəsini tutan Sahib Ələkbərov və çox başqaları onun həmişə öz vəzifəsini necə vicdanla və peşəkarlıqla icra etdiyi barədə çox şeylər danışa bilərlər.

Azərbaycanın müstəqillik qazandıqdan sonrakı ilk illərdə o vaxtkı İqtisadi İnkişaf naziri Fərhad Əliyev ona Ticarət Nazirliyi Katibliyinin rəhbəri vəzifəsini təklif edib. Qurumun yenidən təşkili ilə əlaqədar olaraq, o, İqtisadi İnkişaf Nazirliyinin hüquq şöbəsinin müdiri təyin edilib.

“Fərhad Əliyevin siyasi, sonra isə iqtisadi maddələr üzrə mühakimə olunduğu 2005-ci ilin məlum hadisələrindən qısa müddət sonra məni MTN-ə çağırdılar. Qanuna tabe olan bir vətəndaş olaraq, müstəntiqin yanına gəldim və orada əlavə izahat vermədən məni həbs etdiklərini dedilər. Mən təcrübəli hüquqşünasam, bunun qanunsuz olduğunu bilirdim, amma bütün arqumentlərimə bir cavab aldım - "sifariş yuxarıdan verilib".

Həbsimlə bağlı qərarı o vaxt Nəsimi rayonunun, indi isə Ağsu rayonunun hakimi olan Famil Nəsibov verdi. Elementar qanuni prosedurlara riayət etmədən məni özəlləşdirmə çeki ilə saxtakarlıqda ittiham etdilər və hökm oxudular.

O vaxt mən həqiqətən də, özəlləşdirmə komissiyasının 17 üzvündən biri idim, amma respublikadakı özəlləşdirmə prosesinə görə heç bir məsuliyyətim yox idi. Vəkil vasitəsi ilə dövlət başçısına müraciət etdim - ömrümün sonuna qədər ona minnətdaram – və o, müraciətimi araşdırıb, azadlığa buraxılmağım barədə qərar verdi.

Azadlığa çıxan gün mən artıq həbsimin MTN-in o vaxtkı rəhbəri Eldar Mahmudov tərəfindən sifariş verildiyini bilirdim. Bunu mənə birbaşa müstəntiq Nadir Mustafayev, hansı ki, təəssüf, bu günə qədər orada işləməkdə davam edir, dedi. Bu müstəntiq mənim azadlığa çıxmağıma və ya həbsxanaya getməyimə Mahmudovun özünün nəzarət etdiyini bildirərək məndən 50 min dollar tələb etdi.

Eldar Mahmudov Eldar Mahmudov Baş Prokurorluqda dindirildikdən sonra

İndiyə qədər bu, beynimə girmir. Axı 1995-ci ildən bəri Eldar Mahmudovla sıx əlaqə saxlamışdıq, çox yaxın münasibətlərdə olmuşduq. “OBXSS” ləğv olunandan sonra işsiz qalanda ona məhz mən hərtərəfli dayaq olmuş, hətta kömək etmişdim. Mahmudov milli təhlükəsizlik naziri təyin olunduqdan sonra da onu ilk təbrik edənlərdən biri mən olmuşdum. Daha sonra müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşdük.

Həmişə kömək etdiyim, dostum bildiyim bir adamın məndən 50 min dollar tələb etməsini eşidəndə necə şoka düşdüyümü təsəvvür edirsinizmi?

Əminəm ki, Eldar Mahmudov etdiyi bütün cinayətlərə görə - təkcə mənim yox, həm də məhv etdiyi bütün talelər qarşısında cəzasını almalıdır...”, -deyə hüquqşünas Elçin Nadirov təkid edir.(virtualaz.org)

Paylaş »
››› Ərdoğan "Suriyaya döyüşə getmək istəyirəm" deyən çempionumuza cavab verdi - Video
››› Erməni batalyonu Türkiyə Ordusuna qarşı döyüşə yollandı
››› Azərbaycanlı məmur oğlunun Yunanıstanda 19 gündə 2 milyon avro xərclədiyi bildirilir
››› Rusların dəfn dərdi: Kənd camaatı meyitlərini baqajda, un kisəsində, ya da maşının banında daşıyır – Foto
››› Baltalanaraq öldürülən gəncin anası danışdı: "Təkidlə oğlumu Kiyevə çağırdı"
Son xəbərlər
Bütün xəbərlər »