Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda 27 yaşlı gənc bıçaqlandı

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə "28 May" metrostansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Məmmədov Rəşad Namiq oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »