Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hollivud ulduzu “Oskar” uğrunda mübarizədən imtina etdi

Dünya kinosunun məşhur simalarından olan Bred Pitt daha “Oskar” uğrunda mübarizə aparmayacağını bildirib. Hollivud ulduzu bunun fikrini kinodan çox yayındırdığını söyləyib.

Bred Pitt Bred Pitt

Bizimyol.info xəbər verir ki, Bred Pitt “Oskar” üçün mübarizədən imtina edib. Halbuki “Bir dəfə... Hollivudda” və “Ulduzlara” filmlərindəki rolları ona mükafat gətirə bilərdi.

Bukmeykerlər 2020-ci ildə ən yaxşı yaxşı kişi rolu nominasıyası üzrə Xoakin Feniksi daha şanslı sayır. Onun “Coker” filmindəki rolu yüksək qiymətləndirilir. Feniksin şansı 30,7 faiz dəyərləndirilir. Puertorikol aktyoru Tom Henks (25 faiz - “Qonşuluqda gözəl gün”), Teron Eqerton (23 faiz – “Roketmen”) və Antonio Banderas (22 faiz – “Ağrı və şohrət”) izləyir.

Ən yaxşı film nominasıyasında Skarlett Yohanssonun çəkildiyi “Nikahın tarixi” (16 faiz) adlı ekran əsəri “Bir dəfə... Hollivudda” (14 faiz) filmini geridə qoyur. Bred Pitin də rol aldığı Kventin Tarantinonun filmi premyera günü postsovet məkananda 2 milyon dollar toplayıb.

Son xəbərlər
Bütün xəbərlər »