Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Orta əsrlərdə qəsrlərdəki yalançı romantika: Hər yerdən iy gəlirdi

Tarixi filmlərdə orta əsr qəsrləri romantik yer kimi təsvir olunur. Guya hamı şən, qayğısız həyat sürür. Halbuki qəsrlərdə şərait yaxşı olmurdu.

Bizimyol.info xəbər verir ki, orta əsrlərdə qala divarları arasında həyat arzuolunan sayıla bilməzdi. Hər yerdən iy gəlirdi. Adamlar bərbad tualetlərdən istifadə edirdi. Hələ duş düşünülməmişdi, insanlar su qızdırıb çimirdi. Adamların bədəninə aylarla su dəymirdi. Şampundan söhbət belə gedə bilməzdi.

Otaqlar yarıqaranlıq olurdu. Qəsrin qızdırılması üçün odun yandırılırdı, hər yeri tüstü basırdı. İnsanlar xəstəliklərdən əziyyət çəkirdi. Müalicə olunmaq imkanları məhdud idi. Heç tibb də inkişaf etməmişdi.

Ənənəvi orta əsr qəsrində 100-dan az insan yaşamırdı. İnsanlar çox içirdi. İçməyə hətta səhər erkən başlayırdılar.

Qəsrin döşəməsinə ot sərirdilər. Ot həm mayeni özünə çəkirdi, həm də xoş ətri ilə ümumi iyrənc qoxunu aradan qaldırırdı.

Son xəbərlər
Bütün xəbərlər »