Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qalatasaray” dünən həbsdən çıxan futbolçunu transfer etmək fikrinə düşüb

İki nəfəri döyməkdə ittiham olunaraq həbs edilən Pavel Mamayev və Aleksandr Kokorin şərti azadlığa çıxıb. Hər ikisinin karyerasını davam etdirəcəyi gözlənilir.

Bizimyol.info xəbər verir ki, “Qalatasaray” dünən həbsdən çıxan Mamayevi transfer etmək fikrinə düşüb. “Krasnodar”ın düşərgəsinə qayıdan yarımmüdafiəçi beləcə ilk dəfə legioner həyatı yaşamaq şansı qazanıb.

Mamayev əvvəllər “Torpedo” və SSKA-da oynayıb. Rusiya milli komandasında 15 oyun keçirib.

Dünən həbsdən çıxan Pavelin sentyabrın 17-də həm də ad günü idi. Yarımmüdafiəçinin 31 yaşı tamam olub. Pavel Roma rəqəmi ilə bədəninə 17 yazdırıb. İngiliscə tatuda isə belə yazılıb: “Keçmişi unut. Gələcək haqqında düşünmə. İndiki zamanla yaşa”.

Son xəbərlər
Bütün xəbərlər »