Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəblilər günorta dərsə getməmək üçün etiraz aksiyası keçirdi

Rusiyanın Çelyabinsk vilayətində məktəblərin birində yuxarı sinif şagirdləri ikinci növbədə dərsə getməkdən boyun qaçırıb. Onlar günorta oxumamaq üçün etiraz aksiyası keçirib.

Bizimyol.info xəbər verir ki, Sosnovskoe rayonundakı məktəbin 10-cu sinif şagirdləri dərsə plakatlarla gəliblər. Burada ikinci növbədə oxumağı tənqid edən ifadələr olub.

Yuxarı sinif şagirdlərini daha çox iki məsələ narahat edir. Birincisi, dərslər xüsusilə qış aylarında qaranlıqda bitir. İkincisi, universitetə daxil olmağı qarşısına məqsəd qoyan məktəblilərin əlavə hazırlığa vaxtı qalmır.

Məktəb rəhbərliyi deyir ki, hər şey ədalət çərçivəsindədir. Hələ iyulda valideynlərdən təkliflər gözləyirlər. Yəni səhər növbəsində oxumaq istəyənlərin arzusunu nəzərə alırlar. Amma uyğun istək haqda vaxtında məlumatlandırılmayıblar. İndi isə çox gecdir, dərslər başlayıb.

Çelyabinsk vilayətində ildən-ilə ikinci növbədə oxuyanların sayı artır. Son 4 ildə faiz 24,8-dən 28,3-ə yüksəlib.

Son xəbərlər
Bütün xəbərlər »