Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Adnan Oktar danışdı: “Dekolteli qadınların da müsəlman olduğunu göstərmək istəyirdim”

Keçən ilin iyulunda Türkiyədə qadınları əxlaqsızlığa cəlb etməkdə, dövlətə qarşı əməllər törətməkdə ittiham olunaraq həbs olunan Adnan Oktar ifadəsində özünü müdafiəyə çalışıb.

Ölkəmizdə daha çox A9 televiziya kanalında açıq-saçıq geyimli qadınlarla verilişlərdə iştirakla tanınan teoloq maraqlı ifadələr işlədib.

Bizimyol.info xəbər verir ki, Adnan Oktar “Dekolteli qadınların da müsəlman olduğunu göstərmək istəyirdim” deyib. Kanal rəhbəri “Mehdimisiniz?” sualına “Bunu söyləyən dindən çıxar” cavabını verib.

Adnan Oktara verilişlərdə “kedicik”lərlə rəqslərini xatırladıblar. Deyib ki, rəqs etməyi xoşlamır. Amma məqsədi o qızların da müsəlman olduğunu göstərmək olub.

İttiham tərəfi Adnan Oktara çətin suallar ünvanlayıb. Müttəhim çox dürüst yaşadığını söyləyib, seyid olduğunu xatırladıb.

Adnan Oktar sadə həyat tərzi sürdüyünü, ayda cəmi 3 min lirə qazandığını deyib: “65 yaşındayam, malım, mülküm yoxdur”.

Adnan Oktarın ardınca dini cərəyanın ikinci adamı sayılan Ülviye Didem Ürer də ifadə edib. Deyib ki, Məryəm ana kimi ona da iftira atılıb: “Biz həyatı boyunca yol hərəkəti qaydasını pozmağa görə cərimə görməmiş adamlarıq. 15 aydır həbsxanadayıq amma. Həbsxanada çox çətin şərtlər altında yaşadıq. 3-5 ailə üzündən 200 ailə yazıq günə qaldı. Burada olduğundan müalicə elətdirə bilmədiyinə görə anasını, atasını itirən yoldaşlar oldu”.

Son xəbərlər
Bütün xəbərlər »