Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda anasını və qardaşını yatdıqları yerdə yandıran şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını və qardaşını yatdıqları yerdə yandırmaqda təqsirləndirilən şəxslə bağlı məhkəmə iclası başa çatıb.

Bizimyol.info yerli KİV-ə istinadən xəbər verir ki, Vitalı Kolosov 18 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il, iyulun 22-də Bakının xəzər rayonunda baş verıb. Həmin gün Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın baş verib. Yanğında Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onlar təcili olaraq Respublika Yanıq Mərkəzinə çatdırılıblar.

Lakin, yanğında xəsarət alan Vadimin həyatını xilas etmək mümkün olmayıb.

Aparılan araşdırma nəticəsində məlum olub ki, Soloveykinlərin böyük oğlu, 26 yaşlı Vitali ailə fərdlərini yatdıqları yerdə evin hər tərəfində benzin tökərək yandırıb.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər
Bütün xəbərlər »