Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın futbolçulara reklam təklifi: Görkəminə baxıb reklama çəkirlər

Qadın futbolçuların qazancı kişilərlə müqayisəolunmaz dərəcədə azdır. Məsələn, Lionel Messinin illik qazancı 100 milyon dolları keçir. Qadınlar isə uzağı 400 min dollara iddia edə bilər. Reklam təklifləri isə yaxşı oynayana yox, gözəl görünənə gəlir.

Bizimyol.info xəbər verir ki, qadınlardan ibarət “Mançester Yunayted” futbol klubunun baş məşqçisi Keysi Stouni şirkətlərin qızların daha çox görkəminə fikir verdiyini bildirib. Yəni qadın futbolçuların oyun keyfiyyəti reklam təklifləri zamanı heç bir rol oynamır.

“Məni qadın futbolçuların yalnız xarici görünüşünə uyğun reklam təklifi alması çox sarsıdır. Elə qızlar tanıyıram ki, milli komandada ayağı topa dəyməyib, amma böyük müqavilələr əldə edib. Əksinə, milli komandada 100 oyun keçirən var ki, reklamverənlərə cazibədar görünmür. Kişi futbolunda belə deyil. Orada istedadlısansa, buna uyğun mükafatlandırılırsan. Ümumiyyətlə, bütün idman növlərində belədir. İstərdim ki, qadınları da istedadına görə qiymətləndirsinlər”, - Stouni belə deyib.

Son xəbərlər
Bütün xəbərlər »