Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Metrodan böyük səhnəyə gələn azərbaycanlı müğənni - Video

Bu gün Azərbayanda musiqi günüdür. Dahi Üzeyir Hacıbəyovun doğum günü-18 sentyabr tariximizdə musiqi günü kimi əbədiləşdirilib.

Bu gözəl gün münasibəti ilə Bizimyol.info sizə Azərbaycanımızın istedadlı bir gəncinin ifasında gözəl musiqilər təqim edir. Orxan Cabbarovun 27 yaşı var. Uşaqlıqdan musiqi ilə məşğul olub. İxtisasca mühəndis olsa da, ürəyi musiqi ilə atıb və özünü bu dünyadan ayrı hiss edə bilməyib.

“Muğam üzrə təhsil almışdım. Sonra səsimin dəyişməsi ilə əlqədar bir müddət oxumadım. Əsgərlikdə olanda səsimi bəyənirdilər, tədbirlərdə oxuyurdum. Sonra sağ olsun Xalq artisti Fidan Hacıyeva məni kəşf etdi, dəstək oldu. Onun tələbəsi oldum, getdiyi görüşlərə, tədbirlərə məni də aparır, onunla bir səhnədə olmaq mənim üçün böyük uğurdur. Fidan xanıma həmişə minnətdar olacam”,- deyir Orxan.

Ara-sıra el məclislərinə, şənliklərə də dəvət alır. Əslində el şənliyini idarə eləmək heç də asan məsələ deyil. Amma o öz pozitivliyi, istedadı, ən əsası da gözəl səsi ilə qonaqların diqqətini cəlb edə, insanların rəğbətini qazana bilir.

Orxan çox təvazökar, tərbiyəli insandır, Çox güclü səsi var. Onun fikrinə görə, müğənninin öncə ürəyi, xarakteri gözəl olmalıdır ki, ifası da ürəklərə yol tapsın: “Mədəniyyəti təmsil edən insanın yüksək məddəniyyəti olmasa ifası insana yapışmaz, ürək oxşamaz”. Orxan belə deyir. Bəlkə elə buna görə onun səsi insana billur kimi saf gəlir, gur səslənir.

Orxana hələ başlanğıcında olduğu sənət yolunda uğurlar arzulayıb, sizi onun səsi ilə baş-başa qoyuruq. Ümid edirik ki, bir gün adını Azərbaycanın musiqi salnaməsinə qızıl hərflərlə yazdıra biləcək.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »