Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkimlər Hindistanlının "şeytan buynuzu"nu aradan qaldırıb

Hindistanın Saqar şəhər sakininin başından əməliyyatla 10 santimetr uzunluğunda olan "şeytan buynuzu" kəsilərək götürülüb.

Bizimyol.info "Mirror Online"a istinadən xəbər verir ki, bu buynuz 75 yaşlı fermer Şyam Lal Yadavın başında 5 il əvvəl aldığı zərbədən sonra əmələ gəlib.

Yadav yaranan buynuzun adı şiş olduğunu zənn edib. Daha sonra, buynuz biraz da uzandıqdan sonra, Yadav onu kəsməyi qərara alıb. Lakin buynuz yenə də uzanmağa dəvam edib.

Artıq yaranan buynuzu papaqla belə gizlədə bilməyən hindistanlı son olaraq xəstəxanaya üz tutub.

Həkimlər kişinin başinda buynuzun bitdiyini təstiqləyib. Onlar bildirib ki, bu buynuzun tərkibində, insanın dırnaqlarında və saçlarında da mövcud olan keratin var.

Neyrocərrahlar Yadavın buynuzunu mişarlayaraq aradan qaldırıb. Lakin onlar buynuzun bir daha yarana biləcəyini bildirib. Buynuzun yaranmasına səbəb isə günəş şualarının olduğu təxmin edilib.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »