Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mahir Əmrəlinin evini soyanlar saxlanılıb - Foto

Mahir Əmrəliyə məxsus olan evdən oğurluq edənlər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Kriminalistik Tədqiqatlar İdarəsi və 40-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 Qazax rayon sakinləri saxlanılıb.

Onlar əvvəllər də oğurluğa görə məhkum olunmuş N.Vəliyev və bir yeniyetmədir.

Qeyd edək ki, sentyabrın 10-u saat 16.00 radələrində "Qarabağ"ın futbolçusu Mahir Emrelinin Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən evindən 17.000 manat və 20.000 ABŞ dolları, habelə 3 ədəd mobil telefon və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Son xəbərlər
Bütün xəbərlər »