Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatların pensiyası artırılıb

“Deputatlarların əmək haqqı artdı, amma pensiyada olan deputatların pensiyalarında o artım demək olar ki, olmayıb”.

Bunu Mlli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitənin sədri Hadi Rəcəbli bildirib.

Onun sözlərinə görə, qanuna əsasən onlar bu artımı almalıdır, amma faktiki bu artım həyata keçməyib: “Cari ilin sentyabrın 25-dən sonra pensiyada olan deputatların pensiyalarında da artımlar ediləcək”.

O qeyd edib ki, deputatların əməkhaqqı artıb. Ancaq bizim pensiyada olan deputatların pensiyasında faktiki olaraq o artım baş verməyib. Faktiki olaraq onların da pensiyaları qanunla artmalıdır. Sentyabrın 25-dən ödəmələrə başlanılacaq. Onlar da pensiyalarını yanvardan artımla alacaqlar. Bu məsələ də öz həllini tapıb”.

Deputatlar həmçinin pensiyalardakı indeksasiya aydınlıq gətirilməsini istəyir.

İclasda çıxış edən deputat Rauf Əliyev pensiyaların artımı ilə bağlı indeksasiya məsələsində qeyri-müəyyənliyin aradan qaldırılmasını zəruri hesab edib.

“Bu gün pensiyalar artırılsa da, indkesasiya məsələsində müəyyən qeyri-müəyyənlik hökm sürür. Belə ki, bəzi pensiyaçılar bizə müraciət edərək pensiyalar qalxsa da, bu artım onlara şamil edilməyib. İndeksasiya həyata keçirilməyib. Təklif edərdim ki, Nazirlər Kabineti bu məsələyə aydınlıq gətirməlidir”- R.Əliyev deyib.

Deputat İlham Məmmədov da deputat həmkarının səsələndirdiyi təklifi dəstəkləyərək pensiyalrdakı indeksasiya ilə bağlı mövcud qeyri-müəyyənliyin aradan qaldırılmasını zəruri sayıb: “Biz də belə müraciətlər olur və onlara cavab verməkdə çətinlik çəkirik. Bu məsələlərə aydınlıq gətirilməlidir”.

Komitə sədri deyib ki, indeksasiya məsələsi ilə bağlı çox söz-söhbət gedir. “Məsələn insanlar pensiyalarının 1-2 manat artımından gileylənirlər. Çünki cari ildə maaşlarda artım olmadığından indeksasiya zamanı artımlar çox az oldu və bu da vətəndaşların narazıçılığa səbəb oldu. Amma bu il maaşlar artığından növbəti ildə indeksasiya nəticəsində pensiyalar daha 15 faiz artacaq”, - deyə H. Rəcəbli deyib. (oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »