Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Övladı məktəbdə oxuyan ailələrə pul verilə bilər
pul maas

Azərbaycanda deputat məktəb yaşında uşaqları olan aztəminatlı ailələrə ildə bir dəfə təhsil ehtiyaclarını ödəmək üçün müavinətin verilməsini təklif edir.

Bizimyol.info xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə üzvü Jalə Əliyeva çıxış edib.

Onun sözlərinə görə, Azərbaycanda 5-dən çox uşağı olan qadınlara hər ay 55 manat, doğuşa görə 200 manat birdəfəlik müavinət verilir:

“Amma bu gün vətəndaş yenə də “uşaq pulu bərpa ediləcəkmi?” deyə sualla müraciət edir. Şəxsən mən düşünürəm ki, məktəb yaşında olan ailələrə birdəfəlik müavinət verilə bilər. Bəzən bir ailədə 2-3 uşaq məktəbə gedir. Avqustun sonu, sentyabrın əvvəlində belə ailələrdə müəyyən sıxıntılar olur.

Xüsusilə ilk dəfə məktəbə gedən uşağın həddindən çox qayğısı olur, məktəbin də tələbləri çox olur. Buna görə heç olmasa hər il məktəbyaşlı uşaqları olan ailələrə bir dəfə birdəfəlik-sırf məktəb ehtiyaclarını ödəmək üçün müavinət ayrılsın. Bu məsələ gələn ilin büdcə müzakirələrində ortaya atılarsa, onun həlli ölkədə sosial siyasətin inkişafəna təkan verər”.

Bizimyol.info

Paylaş »
››› Azər Axşam həyat yoldaşını dəstəklədi, dövlət başçısına müraciət edəcəyini bildirdi - Foto
››› Cavidin qatili “Altes Qrup”un prezidentinin qardaşı oğludur
››› Ərdoğan Azərbaycanda açıqladı: "İndi biz altı dövlət, tək millətik"
››› Ərdoğan: "Dünyanın gözü önündə terrorçulara 30 min yük maşını silah verdilər"
››› Yanvarın 1-dən evini sığorta etdirməyənlər cərimələnəcək
Son xəbərlər
Bütün xəbərlər »