Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Elina hadisəsinə görə ittiham edilən direktor: "Sübutlarım var, bəraət alacam"
Sevinc Abbasova - vekil

Məktəbli Elina Hacıyevanın işi üzrə məhkəmə prosesində təqsirləndirilən direktor Sevinc Abbasova bu gün ilk dəfə media qarşısına çıxıb. Jurnalistlərin görüşünə hazırlıqlı gələn director və vəkili bütün günahı Elinanın və ailəsinin üstünə yıxmağı bacarıb.Bütün suallara “bu istintaq materialında qeyd olunub” deyə arxayınlıqla cavab verən director və vəkilin bu qəribə yanaşması ona bənzəyir ki, sanki istintaq materialları “Quran” ayəsidir və müqəddəsdir.

“Affekt vəziyyətində olduğunuzu demisiniz, affekt ola-ola niyə təcili tibbi yarıdımı yox, Xalidə Bayramovanı çağırmısız?”.

Direktorun suala cavabı – “Buna istintaq materialları ilə tanış olanda özününz cavab taparsınız”.

Direktorun dediyinə görə, Elinanı yuxarı sinif uşaqları ümumiyyətlə tanımayıblar və bu da o deməkdir ki, onu məktəbdə incidən olmayıb. Bu fikirləri direktor istintaq materiallarına istinadən bildirib.

Direktorun vəkili bildirib ki, Sevinc Abbasovanın Cinayət Məcəlləsinin 314.2 maddəsi ilə təqsirləndirilməsi düzgün deyil. “Deyirlər ki, vəzifə səlahiyyətlərini düzgün yerinə yetirməyib, səhlənakrlıq nəticəsidə Elina özünə qəsd edib. Sevinc xanm bununla bağlı özünü təqsirli hesab etmir. Çünki, ittiham aktında məhz hansı vəzifənin icra edilməməsi barədə bir kəlmə də yoxdur.

Elinanın asudə vaxtlarında müəyyən adamlarla görüşdüyü məlum olub. Özünə qapanıb, təmasda olmaq istəməyib, intiharla bağlı filmlərə baxırmış. Bunu onun anası istintaqa bildirib.Əgər bu ruh halıyla Elina evlərinin balkonundan özünü atsaydı yenə direktoru günahlandırardılar? Bu absurddur. Bəs psixoloqa niyə ittiham irəli sürülmür. Burda anasının atasnın, nənəsinin də rolu var”,- deyə vəkil qeyd edib.

Sevinc Abbasova son olaraq bəraət alacağını əminliklə vurğulayıb. “Mən əlimdə olan subutlarla öz bəraətimi alacam. Bu həm də günahsız yerə işdən çıxarılan müəllimlərin də bəraət alması demək olacaq”.

İlhamə

Bizimyol.info

Paylaş »
››› Azər Axşam həyat yoldaşını dəstəklədi, dövlət başçısına müraciət edəcəyini bildirdi - Foto
››› Cavidin qatili “Altes Qrup”un prezidentinin qardaşı oğludur
››› Ərdoğan Azərbaycanda açıqladı: "İndi biz altı dövlət, tək millətik"
››› Ərdoğan: "Dünyanın gözü önündə terrorçulara 30 min yük maşını silah verdilər"
››› Yanvarın 1-dən evini sığorta etdirməyənlər cərimələnəcək
Son xəbərlər
Bütün xəbərlər »