Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vəkili Elina Hacıyevanın ölümündə məktəb direktorunu deyil, polisi günahlandırdı

Məktəbli Elina Hacıyevanın işi üzrə məhkəmə prosesi başlayandan bu yana direktor Sevinc Abbasova ilk dəfə media qarşısında çıxıb.

Bizimyol.info xəbər verir ki, vəkili ilə birlikdə jurnalistlərin suallarını cavablandıran director ittiham olunduğu bir çox məsələlərdə günahsız olduğunu deyib.

Sevinc Abbasova təcili tibbi yardımın 84 dəqiqə gec çağırıldığını qeyd edib.Bundan əlavə direktor söyləyib ki, Elina ölməzdən əvvəl psixotrop maddələrin təsiri altında olub. “Elina xəstəxanada olanda yanında olmuşam. Valideynləri gələnə qədər dedim onu tək qoya bilmərəm. Mən bütün uşaqlarla olduğu kimi onunla da xoş ünsiyyətdə olmuşam. Eliniçka hər məni görəndə “zdrastvuyte, direktritsa” deyrdi bunu özünə borc bilirdi”,- deyə o qeyd edib.

Müxbirlərin bəs niyə “Elina tərbiyəsiz ailənin uşağıdır demisiz?” sualına direktor “mən bu sözü onun haqqında işlətməmişəm, siz o səs yazısında Elina adına rast gəlmisinizmi?” deyə cavablandırıb. “Mənim haqqımdakı ittihamlara təkzib verməmişəm, ona görə ki, ev dustağı idim. “İnşallah sağ qalmaz” ifadəsinə gəlincə bu sübut olundu ki videomantajdır, Xoşqdəmin verilişinin reytinqinin tutması üçün edilən quramadır”,- deyə Sevinc Abbasova qeyd edib.

Vəkil isə bildirib ki, hadisə baş verərkən direktor affekt vəziyyətində olub və buna görə təcili yardım gec çağrılıb. “Direktorun143-cü maddə ilə (təhlükədə qoyma maddəsi) ilə ittiham edilməsi düzgün deyil. Çünki orda polislər də olub, həkimi polislər də çağıra bilərdilər. Bu təkcə direktorun vəzifəsi deyldi.Polis nəzarəti əlinə götürdüyünə görə hadisəyə polis cavabdehdir”.

Jurnalistlərin bu günə qədər məlum olan bütün ittihamlarına vəkilin verdiyi cavab bu olub ki, iş materiallarında dindirilən şəxslərin heç biri direktorun Elinaya qarşı kobud və təhqiramiz hərəkətlər etdiyini qeyd etməyiblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »