Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bakıda piyadanı avtomobillə vuraraq öldürən sürücü tutulub
Həbs, qandal

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğundan APA-ya dxil olan birgə məlumatda qeyd olunur ki, sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində Ramal Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən, 1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vurması nəticəsində sonuncunun aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi faktına görə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İstintaqla hadisənin R.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Ərdoğan "Suriyaya döyüşə getmək istəyirəm" deyən çempionumuza cavab verdi - Video
››› Cavidin qatili “Altes Qrup”un prezidentinin qardaşı oğludur
››› Ərdoğan Azərbaycanda açıqladı: "İndi biz altı dövlət, tək millətik"
››› Erməni batalyonu Türkiyə Ordusuna qarşı döyüşə yollandı
››› Ərdoğan: "Dünyanın gözü önündə terrorçulara 30 min yük maşını silah verdilər"
Son xəbərlər
Bütün xəbərlər »