Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda zəlzələ olub

İranın Kürdüstan əyalətində ötən gecə yerli vaxtla 23:59-da 4,4 və 02:17-də 3,4 bal gücündə zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, zəlzələ əyalətin Sərvabad rayonunda qeydə alınıb. Zəlzələ nəticəsində 2 nəfər xəsarət alıb.

Bütün xilasetmə orqanları hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, son bir neçə gündə İranın bəzi əyalətlərində 4 baldan yuxarı zəlzələlər baş verib.

Son xəbərlər
Bütün xəbərlər »