Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Altı yaşlı oğlan bir həftə anasının meyiti ilə tək qalıb - Video

Başqırdıstanda dəhşətli hadisə baş verib.

Bizimyol.info xəbər verir ki, Yanaul şəhərində yaşayan ana-baladan bir neçə gün xəbər çıxmayınca uşağın tərbiyə aldığı məktəbəqədər müəssisənin müəllimləri evə zəng ediblər.

Daha sonra hadisəylə polis məşğul olub. Məlum olub ki, ana avqustun 30-da ölüb və altı yaşlı uşaq bir həftə anasının meyiti ilə mənzildə tək qalıb.

Hazırda aclıqdan zəifləmiş azyaşlının xəstəxanaya yerləşdirildiyi bildirilir. Onun 44 yaşlı anasının hansı səbəbdən ölməsi barədə araşdırma aparılır. Qonşuların dediyinə görə, ailə normal yaşayırmış və heç bir problemləri olmayıb.

İlkin sorğularda oğlan bildirib ki, anasını yatmış bilib.O bir həftə anasının oyanmasını gözləyib.Ölən qadın oğlunu təök böyüdən tənha qadın olub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »