Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
APEX: 2020-ci ilin beş ulduzlu qlobal hava yolları

126 ölkəyə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviasiya sahəsində güvənilən və söz sahibi olan APEX (Sərnişinlərə Xidmət Assosiasiya) tərəfindən “2020-ci ilin beş ulduzlu qlobal hava yolları” adına layiq görülüb.

9 sentyabr tarixində Los Ancelesdə tuzim sahəsinin mütəxəssislərinin iştirakı ilə builki APEX-in hava yolları şirkətlərinin rəsmi reytinqi açıqlanıb. Reytinq sərnişinlərin 2018-ci ilin iyulundan 2019-cu ilin iyun ayına qədər dünya üzrə 600 avia-şirkət tərəfindən həyata keçirilmiş milyondan çox uçuşu dəyərləndirməsi nəticələrinə əsaslanaraq hazırlanıb. Sərnişinlər şirkətləri 5 kateqoriyada – oturacaqların rahatlığı, salon xidməti, qidalanma, əyləncə və “Wi-Fi” üzrə 5 ballıq şkalaya görə qiymətləndirib. “Türk Hava Yolları” artıq üçüncü dəfə ardıcıl olaraq bu mükafata layiq görülür.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »