Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanla sərt mübahisə edən Ermənistan polisinin rəisi istefa verib

Ermənistan polisinin rəisi, general-mayor Valeri Osipyan baş nazir Nikol Paşinyanla Təhlükəsizlik Şurasının iclasında sərt mübahisə edib və istefa ərizəsi yazıb. Bu barədə erməni KİV-ləri yazır.

Məlumata görə Təhlükəsizlik Şurasının iclasında bir sıra daxili məsələlər, o cümlədən Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın istefası və Amulsaran qızıl yatağına gedən yolun ətraf mühit fəalları tərəfindən blokadaya alınması müzakirə olunub.

Paşinyan qızıl yatağına gedən yolun açılmasını tapşırıb. Lakin Osipyan deyib ki, yolun açılmasına dair əməliyyatın hamar keçəcəyinə inanmır və fəallara qarşı güc tətbiq edilsə müəyyən nəticələr doğuracaq.

Bu cavab Paşinyanı qəzəbləndirib. Deyib ki, əgər Osipyan yolu açmağa qadir deyilsə kənara çəkilsin, onun əvəzindən yolun açılması əməliyyatını polis qoşunlarının komandanı, general Vaqe Kazaryan həyata keçirəcək. Hansı ki, Kazaryanın Milli Təhlükəsizlk Xidmətinin direktoru vəzifəsinə namizədliyi nəzərdən keçirilir.

Gərgin tonda gedən söhbət onunla nəticələnib ki, Polis rəisi istefa ərizəsi yazıb və Paşinyana təqdim edib.

“Novosti-Armeniya” bildirib ki, Elə həmin gün onun ərizəsi baş nazir və prezident tərəfindən təsdiqlənib.

Xatırladaq ki, V.Osipyan 1970-ci il aprelin 17-də Türkmənistanın Aşqabad şəhərində anadan olub. 1991-ci ildən Daxili İşlər Nazirliyində işləyir. O, 2012-2018-ci illərdə Yerevan Polis İdarəsi rəsisnin müavini olub. 2018-ci il mayın 10-da Ermənistanın Polis rəisi vəzifəsinə təyin edilib.

Son xəbərlər
Bütün xəbərlər »