Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Çində insanı əlindəki damarlardan tanıyan sistem ixtira olunub
ab11dd96-7580-4b12-a716-13477de81e49

Bir qrup çinli tədqiqatçı tərəfindən insanları əllərindəki damarların bənzərsiz şəklinə görə məsafədən tanıyan texnologiya ixtira edilib.

“Report” xəbər verir ki, “Melux” şirkəti tərəfindən ərsəyə gətirilən və “AirWave” adı verilən yeni texnologiya süni intellektə əsaslanmaqla insanlarda iri və xırda damarların yerləşməsindəki fərqləri ayrıd edir. Belə ki, şəxsiyyəti eyniləşdirilən şəxsin əlini cihaza salıb çıxarması kifayətdir.

Ölkənin Kinqdao şəhərində keçirilən Asiya – Avropa İnnovasiya və İnkişaf Forumundakı nitqində “Melux” şirkətinin təsisçisi və rəhbəri Sie Kinqlu yeni texnologiya vasitəsilə bəlli şəxsin əlini milyard nəfərin içində cəmi onda üç saniyədən də az müddətdə ayır etməyin mümkünlüyünü bildirib. Onun dediyinə görə, texnologiya artıq ölkənin cənubundakı Quanqdonq əyalətində bəzi iaşə müəssisələri və rəsmi ictimai xidmət sahələrində tətbiq olunur. Hazırda şirkət tərəfindən Quanqjou metro operatoru ilə sözügedən texnologiyanın tətbiqinə dair danışıqlar aparılır.

Sie Kinqlu ixtira etdikləri texnologiyanın yaxın gələcəkdə bank kartlarını da əvəz edərək maliyyə xidmətləri, ödənişlər, ictimai nəqliyyat, sosial təhlükəsizlik kimi sahələrdə geniş tətbiq olunacağını güman edib.

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Müsəlman ata xristianlığı qəbul edən qızını yandırıb
››› ABŞ-da etirazlar böyüyür: Marketləri soyurlar - Video
››› İnsanların 90 faizindən çoxunun koronavirusa yoluxma riski var
››› Qonşu ölkədə hər 4 nəfərdən 1-i virusa inanmır
Son xəbərlər
Bütün xəbərlər »