Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlikdən hava xəbərdarlığı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 11-i gündüzdən 12-si səhərədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi müxtəlif yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Son xəbərlər
Bütün xəbərlər »