Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə əhalinin kredit borcu rekord həddə çatdı

Rusiyada əhalinin kredit yükü 2013-2014-cü illərdə qeydə alınan ən yüksək göstəricini də geridə qoyub. Qonşu ölkədə kredit borcu rekord həddə çatıb. Rusiya bölgələrinin 75 faizində ən yüksək göstəricilər diqqət çəkir.

Bizimyol.info xəbər verir ki, Rusiya Mərkəzi Bankı kreditlə bağlı ölkədə böhran vəziyyətinin yarandığını etiraf edib. Hesabatda rəqəmlərlə bağlı xəsislik edilsə də, ümumi durumun ağır olduğunu vurğulanıb.

Rusiya Mərkəzi Bankı bildirir ki, görülən tədbirlər yavaş-yavaş özünü göstərir, tezliklə kredit borcları azalacaq. Bank məsuliyyəti daha çox ayrı-ayrı bölgələrin üstünə atmağa çalışıb. Məsələn, hesabatda Krımda və Sevastopolda kredit borclarının daha çox olduğu, müştərilərin məsuliyyətli davranmadığı yazılıb. Əksinə, Uralda, Sibirdə kredit borcları azalıb.

Son xəbərlər
Bütün xəbərlər »