Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Dünyanı sarsıdan partlayışla bağlı ilk açıqlama
salman

“Saudi Aramco” neft email zavodlarına edilən hücumdan sonra Səudiyyə Ərəbistanından ilk dəfə rəsmi açıqlama gəlib.

Publika.az xəbər verir ki, kral Salman Əbdüləziz əl-Süud bu hücumlarla təkcə ölkəsinin deyil, bütün dünya iqtisadiyyatının hədəf alındığını deyib.

Nazirlər Kabinetinin iclasında danışan kral beynəlxalq toplumdan hücumların dayandırılması üçün sərt addımlar atması çağırışı edib və bu hücumların arxasında kimin olmasına baxmayaraq, Səudiyyə Ərəbistanının özünü qoruyacağını bildirib.

Qeyd edək ki, “Saudi Aramco” bazar günü 20 SPUA və 10 raketli hücuma məruz qalmış, daha sonra zavodlarda yanğın olmuşdu. Hücumun məsuliyyətini öz üzərinə götürən Husi üsyançıları Səudiyyə Ərəbistanına bir daha hücum edə biləcəklərini açıqlamışdı. ABŞ isə olayın arxasında İranın olduğunu iddia edir.

Paylaş »
››› Bakıda aksiya: Etirazçıları Kürdəmirə, Yevlaxa apardılar - Video
››› İlham Əliyevin Paşinyanı çətin duruma saldığı an - Video
››› Bakıda "Babil" serialındakı üsulla iş təklifi edilir - Foto, Video
››› DİN-dən İlqar Məmmədovun saxlanılması xəbərinə reaksiya
››› Rusiyanın “cəhənnəm silahı” Suriyanın şimal-şərqinə göndərildi
Son xəbərlər
Bütün xəbərlər »