Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həm xərçənglə mübarizədə qalib gəldi, həm də lotereyada

ABŞ-ın Oreqon ştatında yaşayan Styu Makdonaldı dünyanın ən xoşbəxt adamlarından biri adlandırmaq olar. Amerikalı həm xərçəng xəstəliyi ilə mübarizədə qalib gəlib, həm də lotereyada.

Bizimyol.info xəbər verir ki, iki dəfə xərçəngi üstələyərək həyatda qalmağı bacaran Makdonald lotereyada 4,6 milyon dollar udub. Vergiləri çıxandan sonra pulun 1,5 milyon dolları Bend şəhər sakininə qalıb.

Styu illərdir hər həftə lotereya bileti alırmış. Hər dəfə həyat yoldaşı Klaudiya ona uğur diləyirmiş. Məhz uğur qazanılan gün ənənəvi ifadələri deməyi unudub. Buna baxmayaraq, Styu “Mega Millions”da cekpotu əldə etməyi bacarıb.

Makdonald uduşdan sonra ictimaiyyətdən gizlənir. Müsahibə vermir, fotoların çəkilməsinə şərait yaratmır.

Son xəbərlər
Bütün xəbərlər »