Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hansı dövlət fillərin savaş meydanına çevriləcək? Politoloq İran- ABŞ böhranından danışır

Sentyabrın 14-də Səudiyyə Ərəbistanının "Saudi Aramco” şirkətinə məxsus olan iki neft emalı zavoduna pilotsuz uçan obyektlərin hücumu bölgədə vəziyyəti gərginləşdirib. Müasir dünyada son 30 ildə qəribə müharibə tendensiyası yaranıb. İndi güclü dövlətlər şapalağı bir- birlərinə deyil, əllərinin altında olan, gücsüz, yetim dövlətə vurur, savaşı onun ərazisində həyata keçirirlər.

Əslində yetim dövlət demək hələ pay bölgüsündə sahibi tapılmamış dövlətdir desək yanılmarıq. Fillər döyüşür, çəmənlər əzilir. Faktiki olaraq İran və Səudiyyə Ərəbistanı Yəməndə bir-birilə savaşır. İranla ABŞ savaşa qalxarsa çanaq çox yəqin ki, regindakı hansısa kiçik və uğrunda dava gedən bir ölkənin başında çatlayacaq. Hadisələr eyni zamanda dünya birjasında neftin qiymətində kəskin bahalaşma ilə müşahidə olunub.

Neft emalı zavodlarının vurulması ilə bu savaş genişmiqyaslı həcm ala bilərmi? Bu savaş Azərbaycana necə təsir edə bilər? Bzimyol.info saytının suallarını politoloq Arzu Nağıyev cavablandırıb:

Arzu Nağıyev Arzu Nağıyev

“Bildiyiniz kimi “Saudi Aramco” şirkətinin neft emalı zavoduna dronlarla edilən hücumlar böyük yanğınlara səbəb olub. Hücumlara görə məsuliyyəti “Ənsər Allah” Husi qruplaşması üzərinə götürüb.Bu neft sənayesinə vurulan böyük zərbədir.

ABŞ-ın dövlət katibi Pompeo bu məsələnin İran tərəfindən törədilməsi barədə bəyanat verərək siyasi arenada gərginliyi bir qədər də artırdı. Hətta, ABŞ senatorları ABŞ-ın imkanlarından istifadə edərək İranın neft mənbələrinə hücum etmək barədə bəyanatlar verib. İran XİN-nin nümayəndəsi bu fikirlərin yalan olduğunu bildirib. Rəsmi İran bəyan edib ki, “ İranın Yəmən inqilabçılarını dəstəkləməsinə baxmayaraq, bu İranın partlayışları təşkil etməsi demək deyil. Bu ABŞ-ın uydurmasıdır”.

İndi iki dövlət arasında siyasi hərbi iqtisadi gərginlik yaranıb. İranın bu hücumları təşkil etməsi barədə faktiki sübutlar yoxdur. İrana ABŞ və İsrail tərəfindən təzyiqlər çoxalıb, İrana qoyulan embarqoda Qərb aktiv iştirak edir. İranla ABŞ arasındakı gərginlik siyasi-iqtisadi müstəvidə özünü göstərib, bu hərbi müstəviyə keçsə nə baş verə bilər? İran qonşu dövlətdir və orda milyonlarla soydaşımız yaşayır. Bu ölkədə baş verəcək hər hansı hadisə istər miqrasiya problemi, istərsə də iqtisadi problemlər şəklində özünü göstərə bilər. Eyni zamanda bizim Səudiyyə Ərəbistanı ilə də çox normal münasibətlərimiz var. Səudiyyə Ərəbistanı Ermənistan -Dağlıq Qarabağ məsələsinə görə, Ermənisanla diplomatik münasibət saxlamayan bir dost ölkədir. Bu mənada Azərbaycan öz balanslı siyasətini davam etdirəcək və müşahidəçi qismində hadisələri sona qədər izləyəcək. Neft ixrac edən bir dövlət kimi neftin dünya bazarlarnda qiymətinin bizə də mütləq təsiri olur. Burda söhbət böyük siyasi oyundan gedir. ABŞ və İsrailin əsas məqsədi İrana qarşı sanksiyaları daha da artırmaqdır, İran isə özünü müdafiəyə çalışacaq. Düşünürəm ki, bu böyük müharibəyə səbəb olmasa da lokal müharibələrə səbəb ola bilər. Eyni zamanda bizim sərhədlərimizdən çox da uzaqda olmayan bu hadisələr bizə də təsirsiz ötüşməyəcək. Hadisələr hərbi müstəvidə gərginləşsə İran, ABŞ və İsrailin maliyyə dəstəyini alan terrorçu qruplaşmalar regionda aktivləşəcək ki, bu da xoş olmayan nəticələrə səbəb ola bilər”.

İlhamə Rəsulova

Bzimyol.info

Son xəbərlər
Bütün xəbərlər »