Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rus məmurun ölkəmizdə qəbul etdiyi "şokolad vannası"nın qiyməti açıqlandı

Rusiyalı məmurun Azərbaycanda qəbul etdiyi naftalanlı "şokolad vannası"nın qiyməti açıqlanıb.

"Bizimyol.info" Rusiya KİV-nə istinadən xəbər verir ki, keçdiyimiz günlərdə Ulyanovsk vilayətinin qubernatorunun məsləhətçisi Svetlana Openışeva Azərbaycanda yerləşən sanatoriyaların birində qəbul etdiyi "şokolad vannası"nda "selfi" çəkərək instagramda paylaşıb.

Azərbaycan sanatoriyalarından əldə olunan məlumata görə, 5 ulduzlu oteldə müalicəvi "şokolad vannası"nın 1 həftə dəvam edən proseduru, gündə 3 dəfə yemək daxil olmaqla ən az 1099 manatdır.

Qeyd edək ki, Svetlana izləyicilərindən paylaşdığı şəklə görə üzr istəyib.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »