Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elinanın məktəbinə yeni direktor təyin olundu

Təhsil Nazirliyi Bakı şəhəri 162 saylı tam orta məktəbə yeni direktor təyin edib.

Bizimyol.info-nun yerli KİV-ə istinadən məlumatına görə, məktəbin yeni direktoru A.Nəzərovadır.

Nəzərova 2003-cü ildən Bakı şəhərindəki Məktəb-Lisey Kompleksində və 162 nömrəli tam orta məktəbdə direktor müavini kimi çalışıb.

Elina Hacıyeva Elina Hacıyeva

Xatırladaq ki, bu il, aprelin 4-ü 162 saylı məktəbin 8 sinif şagirdi Elina Hacıyeva məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. Məktəbin direktoru Sevinc Hacıyeva isə, Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »