Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərenerji” rəhbəri Baba Rzayevin kabinetinə cadu edildi - Video

Sosial şəbəkələrdə yayılmş bir videogörüntü böyük marağa səbəb olub.

Bizimyol.info xəbər verir ki, “Azərenerji” rəhbəri Baba Rzayevin kabinetində cadu ritualı həyata keçirilib.

Belə ki, dindar adam görkəmində olan bir nəfər Baba Rzayevin kabinetinin içinə və qapısı ağzına içində nə olduğu bəlli olmayan maye səpib, şam yandırıb. Maraqlıdır ki, kabinetdə dövlət başçısının portreti və Heydər Əliyevin də büstü var və bu ritual zamanı onların da üzərinə o “sehirli” məhluldan töküldüyü görünür.

Məsələ ilə bağlı “Azərenerji”dən açıqlama almaq istədik. Mətbuat katibi Teymur Abdullayev öncə məslədən xəbərsiz olduğunu, materalla tanış olub xəbər edəcəyini bildirsə də, sonra telefonu ümumiyyətlə söndürdü. Nə desin? Görünən kəndə bələdçi lazım deyil.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »