Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
185 arıçı Bal yarmarkasına buraxılmadı

Sentyabrın 28-dən okytabrın 18-dək keçiriləcək arı məhsullarının sərgisi və satışı yarmarkasında iştirak üçün 485 arıçı qeydiyyatdan keçib.

Bu barədə Bizimyol.info-ya açıqlamasında "Aqrar tədarük və təchizat" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev bildirib.

Şöbə müdiri qeyd edib ki, qeydiyyatdan keçən arıçılardan 300 nəfəri sistem tərəfindən avtomatik seçilib: "Məlumat üçün bildirək ki, ilk dəfə olaraq yarmarkada qeydiyyat onlayn olaraq həyata keçirilib. Ümumilikdə, daxil olmuş 485 nəfərin müraciətinə baxılıb və onlar arasından yarmarkada iştirak tələblərinə uyğun olan 300 arıçı seçilib.

Qaydalara əsasən, yarmarkada iştirak edə bilmək üçün təsərrüfat sahibinin minimum 20 arı ailəsi olmalıdır. Seçim zamanı arıçıların subsidiya üçün müraciət edib-etməməsi, daha əvvəlki yarmarkalarda iştirakı zamanı yarmarka qaydalarına riayət etməsi, neqativ hallara yol verib-verməməsi, həmçinin məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğunluğu da nəzərə alınıb". M.Musayev bildirib ki, hər bir arıçı yarmarkaya hər bir arı ailəsi üzrə 10 kq olmaqla maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq haqqına sahibdir.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »