Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş qayınanası Gültəkin Hacıbəylini 50 min dollar cərimələtdirdi

Nəsimi Rayon Məhkəməsi keçmiş deputat, hazırda isə müxalif Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olan Gültəkin Hacıbəyliyə qarşı 50 min dollarlıq qərar çıxarıb. Qərar G.Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədovanın iddiası əsasında çıxarılıb.

Bizimyol.info xəbər verir ki, N.Məmmədova 2003-cü ildə G.Hacıbəyliyə evini təmir etdirmək üçün 50 min dollar borc pul verdiyini iddia edir. Məhkəmə də bu qədər vəsaitin sabiq deputatdan tutulub N.Məmmədovaya ödənilməsi barədə qərar çıxarıb.

G.Hacıbəyli isə iddiada göstərilənlərin həqiqətə uyğun olmadığını bildirir və özünə qarşı təzyiqlərin tərkib hissəsi olduğunu söyləyir. Keçmiş deputat qərardan apellyasiya şikayəti verəcəyini, əgər yerli məhkəmələrdə ədalətli qərar çıxarılmasına nail olmasa, bu işi Avropa Məhkəməsinə verəcəyini deyib: “Ortada bircə sübut yoxdur. Mən o zaman millət vəkili olmuşam, bu isə pensiyaçı. Necə olur ki, deputat pensiyaçıdan 50 min dollar pul alır? Əlimdə müstəqil əmlak qiymətləndirmə şirkətinin rəyi də var. Onların rəyindən də görünür ki, o dövrün pulu ilə mənim evimin təmirinə təxminən 15 min dollar vəsait xərclənib. Əgər mən Nəhayət Məmmədovadan pul almışdımsa, uzun illər niyə susurdu, pulunu tələb eləmirdi? Çünki belə hal olmayıb”.

N.Məmmədovanın iddiası üzrə hələ məhkəmə prosesi davam etdiyi vaxt G.Hacıbəylinin maşını və evi üzərinə həbs qoyulmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »