Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur onkoloq xərçəngin 5 səbəbini açıqladı
Ümumdünya Səhiyyə Təşkilatı xərçənglə bağlı qorxunc proqnozlar açıqlayıb.

Təşkilatın mütəxəssisləri proqnozlaşdırır ki, 2025-ci ildən başlayaraq hər il 19 mln., 2035-ci ildən başlayaraq isə hər il 35 mln. insan xərçəngə tutulacaq. Hal hazırda hər il dünyada 14 mln. belə diaqnoz qoyulur.

Məşhur Hollandiyalı onkoloq, dünyada xərçəngin ən qabaqcıl tədqiqatçlardan biri olan professor Anton Berns Komsomolskaya Pravda-ya müsahibədə xərçəngin əsas səbəblərini açıqlayıb.

Tanınmış onkoloqun fikrinə görə, onkoloji xəstəliklərin əsas səbəbləri bunlardır:

- Siqaret çəkmək. Ağcıyər, qırtlaq, qaraciyər, sidik kisəsi xərçənginin riskini artırır.

- Bəzi viruslar (B və C hepatitləri, papillomavirus, Epşteyn-Barr virusu, helikobakter pilori). Bu viruslar özü-özündən xərçəngə səbəb olmasa da orqanlarda müəyyən prosesləri işə salır ki, bu proseslər xərçəngin inkişafına səbəb ola bilər.

- Piylənmə. Alim bunu ən ciddi səbəblərdən biri kimi qeyd edir. Piylənmə süd vəzi, bağırsaq, qalxanvari vəzi, mədəaltı vəzi və bir sıra digər onkoloji xəstəliklərin riskini artırır.

- Spirtli içkilər. Spirtin parçalanması nəticəsində orqanizmdə əmələ gələn toksiki maddələr hüceyrələri zədələyir, ziyanlı mutasiyalara səbəb olur ki, bu da öz növbəsində bir çox müxtəlif xərçəng xəstəliklərinin inkişafına səbəb ola bilər.

- Həddindən artıq "zaqar".

Bundan əlavə alim qırmızı ətdən süi-istifadə etməməyi tövsiyə edir ki, araşdırmalar rasionda qırmızı ətin çox olmasının bağırsaq xərçəngi ilə əlaqəsini göstərir.

Həmçinin alim xərçəngin profilaktik tədbirlərini də qeyd edib. Onlar çox sadədir:

- Normal bədən çəkisini saxlamağa kömək edən sağlam qidalanma.

- Siqaret çəkmək və spirtli içkilərdən imtina.

- İdman.

- Xərçəngin inkişafına səbəb ola bilən infeksiyalardan qorunma.

Maraqlıdır ki, alim stress və qidalarda olan konservantları xərçəngin riskini artıran ciddi amil hesab etmir.(saglamolun.az)

Son xəbərlər
Bütün xəbərlər »