Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Övladını itirən əməkdar artist danışdı: "Onun da mənim kimi ruhu ağrısın" - Video

Yeganə oğlunu xərçəng xəstəliyi səbəbi ilə itirdikdən sonra efirlərdən uzaq düşən əməkdar artist Zöhrə Abdullayeva uzun fasilədən sonra efirə çıxıb.

Bizimyol.info xəbər verir ki, o ATV kanalında yayımlanan "Bizimləsən" proqramında qonaq olub.

Zöhrə Abdullayeva efir vasitəsi ilə sosial şəbəkələrdə barəsində onu yaralayan şərhlər yazanlara üzünü tutub:

"Hərdən mənə gəlib çatdırırlar, özüm də oxuyuram şərhləri. Bir də görürsən ki, biri yazır ki, "Əcəb oldu, Zöhrə çox göylə gedirdi. Bunu nə qədər gərək manqurtalaşasan, insani hisslərin itə, yeganə balasın itirən anaya sən bu sözü yazasan. Mən onu yazana da bala dağı arzulamıram. Bircə şey arzulayıram, mənim kimi ruhu ağrısın, mənim kimi ruhu sancsın, yerlə göy arasında yaşasın. Mən bunu arzulayıram.Camaatın mənimlə işi yoxdur. Öz içimiz yazır bunu".

Həmin görüntüləri təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »