Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Umico ilə alış-veriş edərək Azercell nömrənizin balansını artırın!
Azercell Unico
Zəngin rəqəmsal məhsullar bazasına malik olan ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC texnoloji yeniliklərin tətbiqi vasitəsilə insan həyatını rahatlaşdırmaq istiqamətində fəaliyyətini genişləndirməyə davam edir. Umico bonus proqramının eksklüziv telekom tərəfdaşı olan Azercell, adıçəkilən proqram istifadəçilərinə keşbək qazanmaq imkanı yaradır. Sentyabr ayının 3-dən etibarən Umico istifadəçisi olan Azercell fakturasız xətt müştəriləri balanslarını rəqəmsal kanallar vasitəsilə artırmaqla, 0.7% məbləğində keşbək əldə edir. Bonuslar “MilliÖN” terminalları və internet saytı, “Modenis”, “Expressbank”, “Smartpay” terminalları, “PaySis”, “Goldenpay”, “Azerikard” internet saytları, “ABB” ATM-ləri, “Azərpoçt” şöbə və filialları vasitəsilə edilən ödənişlərə təqdim olunur.

Qeyd edək ki, istifadəçilərə Umico-nun 500-dən çox tərəfdaş şəbəkələrində alış-veriş zamanı keşbək qazanmaq və topladıqları keşbək balansını eyni şəkildə partnyor şəbəkələrində sərf etmək fürsəti verilir. Azercell abunəçiləri toplanan bonusları Umico mobil tətbiqi çərçivəsində həm fakturalı, həm də fakturasız xətt nömrələrinin balansına yükləyə bilərlər.

Məlumat üçün vurğulayaq ki, layihə çərçivəsində şirkətin ilk təklifi cari ilin may ayından etibarən Azercell Mağazalarından alınan smartfon və aksesuarlar üçün 3.5% və 7.5% dəyərində keşbək verilməsi, həmçinin toplanan bonusun eyni mağazalarda alış-veriş zamanı xərclənə bilməsi olub.

AppStore və ya PlayStore-dan Umico mobil tətbiqini yükləyin və bu fürsətdən yararlanmağa tələsin!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Paylaş »
››› Ərdoğan "Suriyaya döyüşə getmək istəyirəm" deyən çempionumuza cavab verdi - Video
››› Erməni batalyonu Türkiyə Ordusuna qarşı döyüşə yollandı
››› Azərbaycanlı məmur oğlunun Yunanıstanda 19 gündə 2 milyon avro xərclədiyi bildirilir
››› Rusların dəfn dərdi: Kənd camaatı meyitlərini baqajda, un kisəsində, ya da maşının banında daşıyır – Foto
››› Baltalanaraq öldürülən gəncin anası danışdı: "Təkidlə oğlumu Kiyevə çağırdı"
Son xəbərlər
Bütün xəbərlər »