Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kral Salman üçün neft qiyaməti: onlarla raket və dronlar İrandan buraxılıb

Sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumu Yəməndə fəaliyyət göstərən husi qruplaşması deyil, birbaşa İran həyata keçirib.

Virtualaz.org xəbər verir ki, bu haqda “The Wall Street Journal” ABŞ kəşfiyyatına istinadən yazır. Qəzetin yazdığına görə Səudiyyə ərazisində cəmi 19 hədəf vurulub. İran bu məqsədlə 20-dən çox zərbə pilotsuz təyyarəsi və “ən azı bir düjn” raket istifadə edib. Analoji məlumatı ABŞ kəşfiyyatına istinadən ABC News telekanalı da yayıb.

İran hakimiyyəti Abkaik və Xurays neft emalı zavodlarının vurulması ilə nəticələnən hücumda əli olduğunu qəti inkar edir. Bundan əvvəl Yəməndə İrandan dəstəklənən “Ənsar Allah” şiə qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürmüşdü və Səudiyyənin neft obyektlərinə 10 pilotsuz təyyarə ilə hücum etdiklərini açıqlamışdı. Lakin ABŞ dövlət katibi Maykl Pompeo dərhal bu bu bəyanatı şübhə altına alıb, hücuma görə İranı günahlandırıb.

seudiyye liderleri ele kecirdi

ABC News qeyd edir ki, ABŞ və Səudiyyə Ərəbistanı hücuma görə məsuliyyəti rəsmən Tehranın üzərinə qoymaqda təmkinli davranırlar. Ər-Riyad hücumu araşdırmaq üçün beynəlxalq ekspertlər cəlb edəcəyini açıqlayıb. Tramp isə hücuma görə məsuliyyəti kimin daşıdığı qəti müəyyən ediləndən sonra mümkün reaksiyalar haqda danışıb. Bildirilir ki, hücumun İran ərazisindən edildiyi təsdiqlənsə nəinki Səudiyyə, eləcə də ABŞ hərbi cavab verə bilər.

“Bu hücumu İran edib. Husilər eləmədikləri işə görə məsuliyyəti üzərlərinə götürürlər”,-yüksək rütbəli ABŞ rəsmisi deyib. Mənbə əlavə edib ki, Tramp Ər-Riyadın rəsmən Tehranı günahlandırmasını gözləyir. Onlar yalnız bundan sonra ABŞ-ın köməyinə ümid edə bilərlər.

Xatırladaq ki, Səudiyyənin neft obyektlərinə zərbələrdən sonra bu ölkədə hasilat yarıdan çox azalıb. Dünya birjalarında neftin qiyməti sıçrayışla artıb.

Son xəbərlər
Bütün xəbərlər »