Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Novella Cəfəroğlu: "Yuxarıdakıların var- dövləti barədə məlumatları xaricə qaçanlara elə özləri sızdırırlar" - Video

Sentyabrın 11 də “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada həm hakim həm də müxalifət partiyaların, qeyri hökumət təkilatlarının, o cümlədən media nümayəndələri iştirak etdi. “Yuxarıdakıların var dövləti barədə məlumatları xaricə qaçanlara elə özləri sızdırırlar. Yoxsa biz hardan bilirik kimin harda parkları , neçə maşını var.

Bizimyol.info xəbər verir ki, bu sözləri sentyabrın 11 də “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən dəyirmi masada hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novelloa Cəfəroğlu səsləndirib.

“Qtantları bağladınız ,o qranta QHT sədri ya bir kostyum alırdı ya maşın. Bununla inqilab, çevriliş eləmək olmazdı. Niyə kəsdiniz ki onlar da xaricə üz tutsunlar? Xaricə gedənlər də getdilər ki, Azərbaycanı söyüb qrant alsınlar . Burdan onlara məlumatı kim verir, sizin adamlar. Biz heç birimiz sizn sirlərinizi bilmirik. Onlara həm pul verən, həm də o sözəri çatdıranlar elə öz içimizdədi.

Novella Cəfəroğlu məmur özbaşınalığı problemini dilə gətirib. QHT rəhbərinin sözlərinə görə prezidentin verdiyi tapşırıqlara məmurların bölgələrdə əməl etməməsi, korrupsiya və vəzifədən sui -istifadə hallarına yol verilməsi dövlət başçısının imicinə zərbə vuru,r onun gördüyü işlərə kölgə salır. “Allahşükür Paşazadənin qudası sabiq deputat Hacı Qalib Salahzadənin əlindən insanlar bezib, o qədər məhkəmə işləri, şikayətlər var. BIrcəciyinə baxılmır”.

Qeyd edək ki, bir neçə gün öncə sabiq deputat Musa Musayev də iqtidar nümayəndələri arasında xəyanətkarların olduğunu söyləməklə gündəmə gəlmişdi. Musa Musayevin bildirmişdi ki, hazırda həm parlamentdə, həm hökumətdə xəyanətkar və satqın insanlar var: “Bu insanlar həm parlamentdə, həm hökumətdə də, həm də digər icra strukturlarında var.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »