Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada neft emalı zavodunda yanğın olub

İtaliyanın şimalında “Eni” neft-qaz şirkətinin neft emalı zavodunda partlayışla müşayiət olunan yanğın baş verib.

“RİA Novosti” verdiyi xəbərə görə, bu barədə Sannadzaro de Burqundi şəhər administrasiyası məlumat yayıb.

Bildirilib ki, hadisə səhər saatlarında qeydə alınıb. Vəziyyət nəzarət altındadır, xəsarət alanlar yoxdur.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin baş vermə səbəbi araşdırılır.(apa)

Son xəbərlər
Bütün xəbərlər »