Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail tarixində ilk təkrar parlament seçkiləri

Bu gün İsrail tarixində ilk təkrar parlament seçkisi keçirilir. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb.

Seçkinin nəticələri əsasında 22-ci çağırış Knessetinin tərkibi müəyyənləşəcək. Bundan başqa, hökumət koalisiyası yaradılmalı və baş nazir təyin olunmalıdır.

Ümumilikdə ölkə ərazisində 10,5 minə yaxın seçki məntəqəsi təşkil edilib. Hesablamalara görə, İsraildə bu seçkilərdə 6,3 milyondan çox insan səs verəcək.

“Report” xatırladır ki, İsraildə təkrar seçkilər baş nazir Binyamin Netanyahunun aprelin 9-dakı səsvermədən sonra qanunla ona ayrılmış 42 gün ərzində Knessetin 21-ci çağırışının 120 yerdən minimum 61-nə nəzarət edəcək koalisiya yaradılması ilə bağlı razılıq əldə edə bilməməsi səbəbilə keçirilir. Nəticədə hökumət başçısı ali qanunverici orqanın buraxılması barədə qanunun təşəbbüskarı kimi çıxış edib və onun parlament vasitəsilə təsdiqlənməsini təşkil edib. Elə həmin gün - sentyabrın 17-də təkrar seçkilər təyin edilib.

Son xəbərlər
Bütün xəbərlər »