Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Metro qatarı yeddi dəqiqə tuneldə qalıb, qapılar açılmayıb
qatar

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Qatar “Nərimanov” stansiyası ilə “Ulduz” stansiyası arasında tuneldə qalıb.

Stansiyaya çatan qatarların qapıları yeddi dəqiqə açılmayıb. İlkin məlumatlara görə, bir neçə sərnişinin halı pisləşib.

Eyni zamanda, metronun “Xalqlar Dostluğu” stansiyasında da qatar bir neçə dəqiqə gecikib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, artıq problem aradan qaldırılıb:

“Səhər saatları olduğu üçün metronun bir neçə stansiyasında sərnişin sıxlığı müşahidə edilir. Qatarın yubanmasına səbəb sərnişinlərin qatarın qapılarını saxlaması olub. Sistemdə yaranan problem səbəbindən vaqonda işıqlar sönüb. İntervalda üç dəqiqəyə qədər gecikmə olub.

Hazırda qatarların interval üzrə hərəkətinin bərpa edilməsi üçün işlər görülür. Hər iki stansiyada problem eyni səbəbdən baş verib”.(oxu.az)

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Müsəlman ata xristianlığı qəbul edən qızını yandırıb
››› İnsanların 90 faizindən çoxunun koronavirusa yoluxma riski var
››› Qonşu ölkədə hər 4 nəfərdən 1-i virusa inanmır
››› ABŞ-da etirazlar böyüyür: Marketləri soyurlar - Video
Son xəbərlər
Bütün xəbərlər »