Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Google”un fəaliyyətində problem yaranıb
google_takipte_h28877_12d00-------0

Ötən gün axşam saatlarından etibarən bir çox ölkələrdə “Google” axtarış sistemində problemlər müşahidə olunub.

APA TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı populyar internet resurslarının işini izləyən “Downdetector” xidmətinin səhifəsində məlumat yerləşdirilib.

“Google”da yaranmış nasazlıqlar ötən gün saat 20:37-dən etibarən ABŞ-ın Şərq Sahilində, Avstraliya, Yeni Zelandiya, Yaponiya, eləcə də Birləşmiş Krallıq da daxil olmaqla bir sıra Avropa ölkələrində müşahidə edilib.

“Downdetector”a görə, “Google” istifadəçilərinin 79 faizi axtarış zamanı istədiklərini tapmaqda çətinlik çəkib, digərləri isə şəxsi hesablarına daxil ola bilməyiblər.

Paylaş »
››› Əli Həsənov: “Yaratdığımız bu diskomforta görə üzr istəyirəm”
››› Baş nazirin müavinləri təqaüdə göndərildi
››› Bakıda keçirilən aksiyada fəallıq göstərən qadın polis məşhur idmançıdır -Foto
››› Sabah bəzi ərazilərdə qaz olmayacaq
››› Hökumətdə pensiya yaşını keçənlərin siyahısı – Kim istefa verəcək?
Son xəbərlər
Bütün xəbərlər »