Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kim milyoner olmaq istər” teleşousunda yeni aparıcıya milyonluq təklif

Türkiyənin ATV kanalında yayımlanan “Kim milyoner olmaq istər” teleşousu yeni aparıcı ilə davam edəcək. Murat Yıldırım aktyor karyerasını bərpa etmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, intellektual yarışmaya yeni aparıcı axtarılır. Namizədlər arasında Kənan İmirzalıoğlunun adı xüsusi çəkilir. Layihə rəhbərliyi Murat Yıldırımın estafeti ona ötürməsini istəyir.

İmirzalıoğluya milyonluq təklif də olunub. Aktyora hər bölümə görə 250 min lirə (təxminən 75 min manat) verməyə hazırdırlar. Yəni İmirzalıoğlu razılaşarsa, ayda 1 milyon lirədən az qazanmayacaq.

45 yaşlı aktyor bir müddətdir heç bir layihədə yer almır. İmirzalıoğlu axırıncı dəfə “Mehmed Bir Cihan Fatihi” serialında görünmüşdü.

Son xəbərlər
Bütün xəbərlər »