Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müsəlman ölkəsində bir ildə 134 insanı edam ediblər

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman edam qərarlarının sayının azalacağına söz vermişdi. Amma onun vədindən sonra bir il ərzində burada 134 nəfər edam olunub.

Bizimyol.info xəbər verir ki, rəqəmi BMT-nin İnsan Haqları Komissiyası açıqlayıb. Son bir ildə Səudiyyə Ərəbistanında 134 nəfər ölüm cəzasına məhkum olunub. Edam edilənlərdən 51-i narkotik ticarətinə görə belə cəzaya layiq bilinib.

Komissiyanın hesabatında bildirilir ki, ölüm cəzasına məhkum olunanların heç də hamısı yerli vətəndaş deyil. Edam olunanlardan 21-i pakistanlı, 15-i yəmənli, 4-ü misirli, 2-si iordaniyalı, 2-si nigeriyalıdır. Daha 2 nəfərin hansı ölkə vətəndaşı olması dəqiqləşməyib.

Səudiyyə Ərəbistanında terrorizm, zorlama, silahlı soyğun, narkotik ticarəti ilə məşğul olanlar edama məruz qalır.

Son xəbərlər
Bütün xəbərlər »