Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“ABŞ Yaxın Şərqin nefti və qazı olmadan da keçinə bilər” - Tramp

“ABŞ Yaxın Şərqin nefti və qazı olmadan da keçinə bilər. Ancaq müttəfiq-ölkələrə hər zaman dəstək olacağıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb:

“Neftlə bağlı vəziyyət son bir neçə ildə bizdə çox yaxşıdır. Biz enerji resurslarının xalis ixracatçısıyıq və dünyada bir nömrəli istehsalçıyıq”.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft emalı zavodlarına dronlar vasitəsilə hücumlar edilmişdi. Nəticədə Krallıqda neft hasilatı əhəmiyyətli dərəcədə azalmışdı. Bunda isə ABŞ İranı ittiham etmişdi.

Qeyd edək ki, Ər-Riyad rəsmi Vaşinqtonun müttəfiqidir.

Son xəbərlər
Bütün xəbərlər »