Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rabitə nazirliyi özəl provayderlərin satdığı internetin sürətinə mane olur – Ekspertdən açıqlama

Azərbaycanda internetin sürəti hər zaman müzakirə mövzusudur, xüsusən də son bir neçə ayda keyfiyyət haqda şikayətlər artmaqdadır. Provayderlər isə müştərilərin iradlarını rədd edir, ya da sualı cavbalandırmaqdan yayınırlar.

Məsələ ilə bağlı internet və kommunikasiya məsələləri üzrə ekspert Nicat Manafov Bizimyol.info-ya bildirib ki, internetin keyfiyyətinin yaxşılaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi manapoliyanı aradan qaldırmalıdır.

Nicat Manafov

“Ənənəvi telefon xətti üzərindən alınan ADSL xidmətlərində internetin itməsi problemi ola bilər. Belə ki, ana xəttə edilən çalaqlar internetin itməsinə və ya keyfiyyətsizləşməsinə səbəb olur. Stansiaydan məsafə artdıqca internetin keyfiyyəti aşağı düşür”,-deyə ekspert bildirib.

Ekspert N.Manafov bildirib ki, internetin sürətinin yaxşılaşdırılması üçün üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi özəl provayderlərin sürətli internet xidməti çəkməsi üçün dövlətə məxsus rabitə resurslardan istifadə etməsinə icazə verməlidir: “Nazirlik internetin keyfiyyətini yüksək səviyyədə son müştəriyə çatdıran OPTİK xəttlərindən yalnız bu nazirliyin inhisarında olan şirkətlərin istifadə etməsinə şərait yaradıb. Nazirlik özəl provayderlərin internet xidmətini fiber optik xətləri üzərindən təmin etməsinə şərait yaratmalıdır”.

Qeyd edək ki, bu ilin mayın 10-dan "Delta Telekom LTD" MMC provayderlərə təmin olunan internetin qiymətində təxminən 70 faizə qədər endirim kampaniyasına start verəcəkdi. Bu barədə şirkətin saytında məlumat verilmişdi. Kampaniyadan yararlanmaq istəyən provayderlər istifadəçiyə qiymətlərdə endirim etməli idi və satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması barədə öhdəlik götürməli idi. Kampaniya mobil operatorlara da şamil edilməli idi.

Lakin kampaniyanın elan edilməsindən bir neçə ay keçməsinə baxmayaraq, nə internet qiymətlərində nə də keyfiyyətində hər hansı dəyişiklik baş verdiyini müşahidə etmək olmur.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də qərar qəbul edib ki, özəl provayderlər sürətli internet xidməti çəkmək üçün dövlətə məxsus rabitə resurslardan istifadə etsin.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »