Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çingiz Abdullayev: “Mən "kalqotka" geyinmirəm, saçımın da bərbərə ehtiyacı yoxdur”

Sevindiricidir ki, Bakıda yenidən kitab mağazaları fəaliyyət göstərməyə başlayır.

Vaxtı ilə Qız Qalasının yanında kitab mağazası var idi. Oranı bağlayıb" kalqotka" mağazası və bərbərxana elədilər. Bu niyə edildi? Məni bağışlayın, amma mən "kalqotka" geyinmirəm, saçımı da görürsünüz, bərbərə ehtiyac yoxdur.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev bu gün keçirilən imza mərasimində sələndirib. O bütün əsərlərini rus dilində yazdığını, lakin rəsmi tədbirlərdə Azərbaycan dilində danışdığını söyləyib.

“Oljas Süleymanov da, Çingiz Aytmadov da öz ana dillərində yaza bilmirdilər. Lakin onlar öz xalqlarını təmsil edir, öz xalqlarının balası kimi tanınırdılar. Mən də Azərbaycanın problemlərindən yazıram”. Yazıçı azərbaycanlıların ticarətçi kimi tanıdılmasından incidiyini də dilə gətirib: “Azərbaycan xalqı ticarət xalqıdır deyəndə mən özümü təhqir olunmuş hesab edirəm. Böyük dühalar yaradan xalqa necə ticarətçi demək olar".

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »