Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Düzgün ara məsafəsi saxlamadığı üçün qarşıdakı avtomobilə çırpıldı – Video

Paytaxtın İstiqlaliyyət küçəsi 19 ünvanında yol nəqliyyat hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, qəzaya səbəb ara məsafəsinin pozulması olub.

Belə ki, nəqliyyat vasitəsinə quraşdırılmış video qeydiyyatçı vasitəsilə qeydə alınmış videogörüntüyə əsasən arxadan gələn avtomobil düzgün ara məsafəsi saxlamadığı üçün qarşıdakı avtomobilə çırpılır.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinə əsasən sürücülər ara məsafəsini şəraitə uyğun olaraq özləri təyin etməlidirlər. Yəni, hərəkətdə olan avtomobillər arasında məsafə avtomobilin növündən, texniki vəziyyətindən, sürətindən, yolun vəziyyətindən, hava şəraitindən aslı olaraq müəyyən edilməlidir.

Ekspertlərin sözlərinə görə, beynəlxalq təcrübəyə əsasən sürücülər minimum 2 saniyə qət edəcəkləri məsafə qədər ara məsafəsi saxlamalıdırlar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »