Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təcili yardım maşını ilə minik avtomobili toqquşub

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb.

“VAZ 2107” markalı maşınla çağırışa gedən rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım maşını toqquşub.

Nəticədə, minik maşınının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasına hələ heç bir müraciət daxil olmayıb.

Qeyd edək ki, təcili yardım maşını Bərdə rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına məxsusdur.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »