Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almatıda qatar avtobusu əzinb keçdi - Video

Qazaxıstanın Almatı şəhərində qatarın sərnişin avtobusu ilə toqquşması nəticəsində 3 nəfər həyatını itirib. 3 yaralı var.

Redaktor.az DHA agentliyinə istinadən xəbər verir ki, yaralılardan 2-si uşaqdır. Məlumata görə, relslərin üzərinə çıxan nəqliyyat vasitəsi tıxac səbəbiylə hərəkət edə bilməyib. Nəticədə qəza qaçılmaz olub.

Hadisədən əvvəl sürücü qapıları açaraq sərnişinlərin nəqliyyat vasitəsindən çıxmasına şərait yaradıb. Sürücü özü nəqliyyat vasitəsini sonuncu tərk etməyə qərar verib. Lakin xilas ola bilməyib.

Son xəbərlər
Bütün xəbərlər »