Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda əsgəri məzarlıq yaradılacaq

Azərbaycanda II Fəxri Xiyabanda əsgəri məzarlıq yaradılacaq. Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri Zakir Həsənov məlumat verib.

Onun sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrində əsgəri məzarlıqlar var. Azərbaycan bu təcrübəni tətbiq etməyə hazırlaşır.

“II Fəxri Xiyabanın ərazisində bizim hərbi anbarımız var idi. Bu anbara lazımsız , istismardan çıxarılmış əşyalar yığılırdı. Bizə məlumat çatdı ki, II Fəxri Xiyabanda yer azlığı var. Biz həmin anbarın ordan sökülməsinə və yerində əsgəri məzarlıq salınmasına qərar verdik.

Bu məzarlığın öz şərtləri var.

Birincisi burada dəfn edilənlərin doğmaları buna icazə verməlidirlər.

İkincisi əsgəri məzarların hamısı eyni qaydada hazırlanır. Heç bir əlavə bəzəyə yol verilmir. Bir çoxları bu məzarlığın hazırlanmasını Azərbaycanın müharibəyə hazırlığı kimi qiymətləndirir.

Bunun müharibəyə hazırlıqla heç bir əlaqəsi yoxdur.Lakin mən yenə də deyirəm, Azərbaycan müharibəyə hazırdır. Bizim ordumuz gecə-gündüz döyüş hazırlığı keçirir.Ordumuz işğal altında olan torpaqlarımızı geri almağa hazrdır, qadirdir və bunu arzulayır”.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »